EN

Naxçıvan səmasında can verən 52 nəfər: 30 il əvvəlin qanlı faciəsi

Bütün dünyanın quru yolları kimi səma nəqliyyatı da təhlükələrlə dolu olub. Müstəqilliyimizdən sonra – son 30 ildə Azərbaycan səmasında helikopter və təyyarə qəzalarının sayı artıb.

Müstəqillik dövrünün ən böyük təyyarə qəzalarından biri – Naxçıvan Muxtar Respublikasında “Tu-134” təyyarəsinin qəzaya düşməsindən 30 il keçir.

1995-ci il dekabrın 5-də Naxçıvan-Bakı reysi ilə hərəkət edən “Tu-134” sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb.

Pilot təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Elə bu anda saatda sürəti 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə qarşılaşır.

Fəlakətdən qurtulmaq üçün pilotlar sağa, 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər.

Yüksək gərginlikli elektrik xətlərinə toxunan təyyarə alışır.

Qəzada 82 nəfərdən dördü heyət üzvü olmaqla, 52 nəfər həlak olub.

Qeyd edək ki, azərbaycanlılar ilk dəfə ən dəhşətli qəza ilə 12 dеkаbr 1988-ci ildə üzləşiblər. Ermənistandan zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vuruldu. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər – Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur.

Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır.

Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu», – deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar.

 

Əntiqə Rəşid

Chosen
101
nocomment.az

1Sources