EN

SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaqtəchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bubarədə SOCAR məlumat yayıb.

Sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanınaaviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruriinfrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdətutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatıəməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağınıntəchizatını təmin etmək olacaq.

Qeyd edək ki, cari ildə 6 sentyabr tarixində SOCAR ilə “UCCHolding” arasında Suriyada və beynəlxalq enerji bazarlarındauzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumlarıimzalanıb.

Chosen
41
22
az.trend.az

10Sources