EN

Fransalı qapıçı ilə müqavilə uzandı

“Tottenhem”in sabiq qapıçısı Uqo Loris ABŞ-da çıxışını davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Los-Anceles”lə müqaviləsini 2026-cı ilin sonunadək uzadıb. Razılaşmada əlavə bir mövsüm uzatma opsiyonu da var.

Loris 2024-cü ilin qışında komandaya qoşulub.

MLS-in cari mövsümündə “Los-Anceles” 1/4 finala qədər yüksəlsə də, “Vankuver”ə uduzub. 38 yaşlı qolkiper bu mövsüm 35 matçda oynayıb və 38 qol buraxıb.

Chosen
42
1
idmanxeber.az

2Sources