EN

Şəxsin rezidentliyinin müəyyən edilməsi üçün təhrif olunmuş sənədlərin təqdim edilməsinə görə cərimə tətbiq ediləcək

Bakı. Trend:

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan AzərbaycanRespublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasıməqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüstolmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdimedilməsinə görə yeni cərimə müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisinin Hüquq siyasəti vədövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibatiXətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki vəhüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətlərigöstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdətutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyənedilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlarınvə sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlardavə sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəbolan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların vəsənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyəinstitutuna təqdim edilməməsinə görə fiziki şəxslər üç yüz manatməbləğində, hüquqi şəxslər min manat məbləğində cəriməediləcək.

Məqalədə:
Chosen
111
az.trend.az

1Sources