Bakı. Trend:
Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədəhesabatların təqdim edilmə qaydalarının pozulmasına görə yenicərimələr müəyyənləşəcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki vəhüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətlərigöstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdətutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyənedilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlarınvə sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlardavə sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəbolan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların vəsənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyəinstitutuna təqdim edilməməsinə görə fiziki şəxslər300 manat məbləğində, hüquqi şəxslər1000 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.