“Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır”.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Əhmədovun məhkəmədə hücuma məruz qalmasına münasibət bildirərkən deyib.
O, məsələni nəzarətdə saxlayacağını bildirib.
“Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır”, - deyə sədr qeyd edib.