EN

Şüşənin buxarı ağır qəzaya səbəb oldu Sürücüyə 36 ay şərti cəza verildi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ön şüşəsi buxar bağlayan sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Uelsdə baş verən hadisənin kadrları kameraya düşüb. Hərəkətdə olan yük maşının sürücüsü hərəkətdə olarkən ön şüşəsi buxar bağlayıb. Yolu görmək üçün buxarı silmək əvəzinə şüşə təmizləyəni qoşan sürücü bir müddət sonra qarşıda təmir işi ilə əlaqədar yolun açılmasını gözləyən avtobusa çırpılıb. Zərbənin təsirindən avtobus da daxil olmaqla 5 avtomobil bir-birinə dəyib. 

Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb, lakin nəqliyyat vasitələrinə ciddi zərə dəyib.

Yük maşınının 57 yaşlı sürücüsü məhkəməyə çıxarılıb. Hakim onun şüşəni təmizləmək üçün kifayət qədər tədbir görmədiyini və bunun da görünüş məhdudiyyəti yarandığına səbəb olduğunu bildirərək günahkar bilib. O, 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilərək 36 ay şərti cəza alıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
92
avtosfer.az

1Sources