EN

Tennisçi kort ilə trassı səhv saldı

Yunanıstanlı tennisçi Stefanos Sisipas sürət həddini aşdığına görə sürücülük hüququndan məhrum olunub.

"Football-plus.az" xəbər verir ki, adı çəkilən qaynaq iddia edir ki, videokameralar “Lotus” avtomobilində Afinanın dairəvi yolunda 210 km/saat sürətlə hərəkət edən idmançını qeydə alıb. Həmin trassda sürət həddi 100-130 km/saat arasındadı.

Sisipas kobud qayda pozuntusuna görə birilliyə sürücülük hüququndan məhrum olunub, həmçinin 2 min avro cərimələnib.

27 yaşlı yunan tennisçi ATP səviyyəsində 12 turnirin qalibidi. 2019-cu ildə illik Yekun turnirində də qələbə qazanıb. Sisipas həmçinin iki dəfə “Böyük dəbilqə” turnirlərinin finalında oynayıb. 2025 mövsümünün sonunda dünya reytinqində 34-cü pillədə qərarlaşacaq.

Chosen
80
1
football-plus.az

2Sources