EN

“Qarabağ”dan şad xəbər gəldi – “Ayaks”, bizdən qorx!

Artıq “Qarabağ” azarkeşləri rahat nəfəs ala bilər. Ona görə ki, “köhlən atlar”ın aparıcı futbolçularından Kevin Medina komandanın srağagün keçirilən məşqində iştirak edib.

“Football-plus.az” xəbər verir ki, yetərincə həvəsli və gülərüz görünməsiylə diqqəti çəkən kolumbiyalı zədəsini tam sağaldıb. İndi ona bir neçə gün vaxt lazımdı ki, Çempionlar Liqasının dekabrın 10-da keçiriləcək “Qarabağ” – “Ayaks” matçında meydana çıxıb 90 dəqiqə top qovmağa qadir olacağı gücə qovuşsun.

Xatırladaq ki, Medina “Napoli”yə qarşı oyunda (0:2) topun Matomineyion güclü zərbəsindən sonra üzünə dəyməsinə görə huşunu itirmiş, baş məşqçi Qurban Qurbanov onu 61-ci dəqiqədə əvəzləməyə məcbur olmuşdu.

KƏNAN BAHADIR

Chosen
36
1
football-plus.az

2Sources