AZ

“Qarabağ”dan şad xəbər gəldi “Ayaks”, bizdən qorx!

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Artıq “Qarabağ” azarkeşləri rahat nəfəs ala bilər. Ona görə ki, “köhlən atlar”ın aparıcı futbolçularından Kevin Medina komandanın srağagün keçirilən məşqində iştirak edib.“Football-plus.az” xəbər verir ki, yetərincə həvəsli və gülərüz görünməsiylə diqqəti çəkən kolumbiyalı zədəsini tam sağaldıb. İndi ona bir neçə gün vaxt lazımdı ki, Çempionlar Liqasının dekabrın 10-da keçiriləcək “Qarabağ” – “Ayaks” matçında meydana çıxıb 90 dəqiqə top qovmağa qadir olacağı gücə qovuşsun.Xatırladaq ki, Medina “Napoli”yə qarşı oyunda (0:2) topun Matomineyion güclü zərbəsindən sonra üzünə dəyməsinə görə huşunu itirmiş, baş məşqçi Qurban Qurbanov onu 61-ci dəqiqədə əvəzləməyə məcbur olmuşdu.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr