EN

Elon Musk güclü süni intellektin dağıdıcı riskləri barədə xəbərdarlıq etdi

Elon Musk süni intellektin təhlükələri ilə bağlı yenidən xəbərdarlıq edərək, təhlükəsiz inkişaf üçün üç əsas prinsipin – həqiqət, gözəllik və marağın vacibliyini vurğulayıb.

QHT.az xəbər verir ki, o bildirib ki, süni intellekt səhv məlumatlara əsaslanarsa, yanlış nəticələr verəcək və “dəli” kimi davranış nümayiş etdirə bilər. Musk həmçinin marağın süni intellekti reallıq haqqında daha çox öyrənməyə həvəsləndirdiyini qeyd edib. Ekspertlər, o cümlədən “Süni İntellektin xaç atası” Ceffri Hinton, halüsinasiyalar və iş yerlərinin avtomatlaşdırılması kimi riskləri xüsusi təhlükə kimi qiymətləndirirlər.

Muskın sözlərinə görə, bu prinsiplər olmadan güclü süni intellekt dağıdıcı nəticələr yarada bilər.

 

R.İmanov

Chosen
19
qht.az

1Sources