Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Mənbəyə görə, Çin gəmiləri Sarı dənizin cənubundan Şərqi Çin dənizinə və mübahisəli Cənubi Çin dənizinə qədər uzanan sularda, eləcə də Sakit okeanda toplaşıb:
"Bölgəyə 100-dən çox Çin gəmisi yerləşdirilib. Bu əməliyyatlar, Tayvanın döyüş hazırlığı səviyyəsini artırması zamanı Çinin ötən dekabr ayında həyata keçirdiyi kütləvi dəniz əməliyyatından daha böyük miqyasdadır”.