AZ

Çin Şərqi Asiya sularında əlavə qüvvələr yerləşdirir

Çin Şərqi Asiya sularında çox sayda dəniz və sahil mühafizə gəmisi yerləşdirir. 

Bakıvaxtı.az-ın "Reuters"ə istinadən məlumatına görə, gəmilərin sayı 100-ü keçib.

Qeyd edilir ki, Çin gəmiləri Sarı dənizin cənubundan Şərqi Çin dənizinə və mübahisəli Cənubi Çin dənizinə qədər uzanan sularda, eləcə də Sakit okeanda toplaşıb:

“Bölgəyə 100-dən çox Çin gəmisi yerləşdirilib. Bu əməliyyatlar, Tayvanın döyüş hazırlığı səviyyəsini artırması zamanı Çinin ötən dekabr ayında həyata keçirdiyi kütləvi dəniz əməliyyatından daha böyük miqyasdadır”.

Seçilən
18
4
bakivaxti.az

5Mənbələr