EN

Olimpiya məşəli İtaliyaya belə təhvil verildi – VİDEO

Afinadakı tarixi Panatenaik stadionunda 2026-cı ildə İtaliyada keçiriləcək XXV Qış Olimpiya Oyunlarının təşkilatçılarına Olimpiya məşəlinin təhvil verilməsi mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasim 1896-cı ildə ilk müasir Olimpiya Oyunlarına ev sahibliyi edən ağ mərmərdən tikilmiş “Panatenaik” stadionunda baş tutub.

Mərasimdə 2026-cı il Qış Oyunları üçün Olimpiya məşəli rəsmi olaraq İtaliyaya təhvil verilib.

Məşəl estafetinin İtaliya hissəsi Romada, Oyunların açılış mərasiminə düz iki ay qalmış, dekabrın 6-da başlayacaq. Olimpiya məşəli bütün İtaliyanı, o cümlədən Sardiniya və Siciliya adalarını, eləcə də yarışların bir hissəsinin keçiriləcəyi Kortina d'Ampezzo ərazisini gəzəcək.

Estafet fevralın 6-da Milanın əfsanəvi San-Siro stadionunda başa çatacaq.

Qeyd edək ki, 2026-cı il Olimpiadası fevralın 6-dan 22-dək keçiriləcək.



Bizim.Media

Chosen
90
1
bizim.media

10Sources