EN

Ərdəbil valisi Azərbaycana gəlir

Gələn həftə Ərdəbil əyalətinin başçısı Məsud İmami Yeganə Azərbaycana səfər edəcək.

"Cebheinfo.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Məlumata görə, səfərin məqsədi Ərdəbil əyalətində logistika limanının (Ərdəbil Logistika Doku – Qışkəndi (Parsabad) Logistika Limanı) işə salınması və Biləsuvar sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıqları intensivləşdirməkdir.

Bildirilib ki, səfər zamanı sərhəd diplomatiyasının gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçiriləcək.

"Cebheinfo.az"

Chosen
43
3
cebheinfo.az

4Sources