“Transcend” şirkəti rəsmi olaraq istehsalı və tədarükü dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Transcend” məlumat yayıb.
Dünyanın ən böyük yaddaş kartı istehsalçılarından olan “Transcend” SSD tədarükünü dayandırdığını bəyan edib.
Məlumata görə, şirkət oktyabr ayından bəri “Samsung” və “SanDisk”dən NAND çipləri ala bilmir. Buna səbəb həmin nəhəng şirkətlərin öz istehsal güclərini süni intellekt sahəsinə yönəltməsidir.
Nəticədə “Transcend” noyabrın 7-dən etibarən məhsul buraxılışını və göndərişləri dayandırmaq məcburiyyətində qalıb.
Şirkət mütəxəssisləri hesab edirlər ki, defisit və yüksək qiymətlər 3-5 ay davam edəcək.
Xuraman Etibarlı
İnterpress.az