EN

Putin nüvə təhdidinə arxayındır



Rusiya-Ukrayna müharibəsinin həlli üçün müxtəlif səviyyələrdə təkliflər, həll planları təklif edilsə də, hələlik onların heç birinin icrası mümkün olmur. İrəli sürülən təkliflər Moskva və ya Kiyev tərəfindən dəstək görmür. Daha çox isə Rusiya proseslərdə qeyri-kompromis görünür.

Newscenter.az-ın xəbərinə görə, mövcud durumu dəyərləndirən ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib ki, Putin sadəcə nüvə təhdidinə arxayındır:

"Ona görə də müharibə başlayarsa, Avropada müzakirə edəcək kimsənin qalmayacağını deyir. Amma qarşı tərəfin də əlində nüvə silahı olduğunu unudur".

Azər Qasımov deyib ki, əslində Ukraynanın Rusiyanın əlindəki nüvə təhdidinə qarşı öz qarşı arqumenti var:

"Ukrayna Rusiyanın ərazisindəki Atom Elektrik stansiyalarını dronla vura bilər. Bu, Rusiya üçün ölümcül hadisə olar. Ona görə də Putinin blefləri ancaq rus ordusunun kütləvi ölümünə hesablanmış qələbə müharibəsidir. Rusiya kütləvi şəkildə əsgər və sivil itkisi verməyə hazırdır. Amma Avropa yox. Əsas həlledici amil budur".

Süleyman
Chosen
10
1
newscenter.az

2Sources