EN

ABŞ nin Ukrayna planına suverenlik və ərazi məsələləri daxil idi

Operativ MM saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Ukrayna üçün hazırladığı sülh planı dörd əsas paketə bölünüb: ərazi və iqtisadi məsələlər, Ukraynanın suverenliyi və Avropa təhlükəsizliyi.

"Operativ Məlumat Mərkəzi-OMM" "The New York Times"a istinadən xəbər verir ki, paketlərdən biri Ukrayna Silahlı Qüvvələrinin dinc dövrdəki sayına və raket sistemlərinə qoyulan məhdudiyyətləri, həmçinin Ukraynanın suverenliyini əhatə edir.

Digər paketlər isə ərazi məsələləri, iqtisadi əməkdaşlıq və Avropa təhlükəsizliyi ilə bağlıdır.

Rusiya Prezidenti Vladimir Putin planın 28 bəndinin hələ də aktual olduğunu və müzakirələrin davam etdiyini bildirib. Vaşinqton sadəcə bu bəndləri dörd paketə bölməyi təklif edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
operativmm.az

2Sources