EN

ABŞ “G20” sammitinə Polşanı dəvət etdi, Cənubi Afrika kənarda qaldı

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın G20 Liderləri Sammitinin ev sahibi kimi elan etdiyi “Yeni G20” planlarında Polşa yeni üzv olaraq qəbul olunub, bu ilin G20 Liderlər Sammitinə ev sahibliyi edəcək Cənubi Afrika isə tədbirdən kənarda qalıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marco Rubio özünün “X” səhifəsindəki paylaşımında məlumat verib.

“Amerika Birləşmiş Ştatları yeni G20 ilə irəliləyir. Cənubi Afrika qisas, parçalanma və radikal gündəmlərlə fəaliyyət göstərdi və bu, iqtisadi artıma səbəb olmadı. Amerikanın G20-si innovasiya, sahibkarlıq və qətiyyətlə bizi irəli aparacaq, Amerika üçün böyük uğur yaradacaq və dünyaya rifah xəritəsi təqdim edəcək. Biz Mayamidə yol göstərməyə hazırıq”, - Rubio bildirib.

Qeyd edək ki, ABŞ-ın 2026-cı ilin dekabrında Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Liderləri Sammitinə ev sahibliyi edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
84
47
apa.az

10Sources