AZ

O dövr geridə qaldı

Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın xarici siyasətdə utopik idealizmdən imtina etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, idealist xarici siyasət dövrünün bitdiyini elan edib.

"Biz bunu təkcə ölkəmizə deyil, bütün dünyaya fayda verəcək şəkildə edirik. Utopik idealizmə son qoyaq və ayıq realizm yaşasın", - deyə nazir bildirib.

Xatırladaq ki, 5 dekabrda Ağ Ev ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəddə Vaşinqtonun prioritet maraqları Ukraynadakı münaqişənin tez bir zamanda həlli və Rusiya ilə strateji sabitliyin bərpası kimi müəyyən edilib. ABŞ Avropadan öz müdafiəsi üçün məsuliyyət daşımasını tələb edib. Sənədə əsasən, Moskva artıq strategiyanın əvvəlki versiyasında olduğu kimi "qlobal nizama təhdid" hesab edilmir.

Seçilən
51
47
publika.az

10Mənbələr