EN

F 16 qəzaya uğradı: Pilot sağ qaldı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) nümayiş qrupuna aid F-16 tipli döyüş təyyarəsinin Kaliforniya ştatının cənubunda qəzaya uğradığı bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Nellis Hərbi Hava Bazası tərəfindən verilən açıqlamaya görə, USAF tərkibində fəaliyyət göstərən “Thunderbirds” (İldırım quşları) akrobatika qrupuna məxsus F-16C Fighting Falcon döyüş təyyarəsi San-Bernardino bölgəsində yerləşən Trona Hava Limanı yaxınlığında yerə çırpılıb. 

San-Bernardino Rayon Yanğınsöndürmə İdarəsinin məlumatına əsasən, qəza baş verməzdən əvvəl pilot təyyarədən özünü katapult vasitəsilə çıxarmağı bacarıb və hazırda xəstəxanada müalicə alır. 

Açıqlamada bildirilib ki, təyyarə Los-Anceles şəhərindən təxminən 290 kilometr şimalda yerləşən Trona bölgəsində, Kaliforniya ştatının nəzarət olunan hava məkanında təlim uçuşunda iştirak edirmiş. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir. 

Rəsmi adı “ABŞ Hərbi Hava Qüvvələrinin Hava Nümayiş Filosu” olan və ictimaiyyət arasında “Thunderbirds” kimi tanınan bu qrup, yüksək sürətli və təsirli hava akrobatikaları ilə tanınır.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
1
cebheinfo.az

2Sources