EN

İran Rusiyaya 16 ədəd Su-35 qırıcı təyyarəsi sifariş edib

İran Rusiyaya 16 ədəd Su-35 qırıcı təyyarəsi sifariş edib.

AzPost bildirir ki, bu barədə Ukrayna media orqanı UAC, KnAAZ, Zvezda və Yakovlev Korporasiyasından sızdırılmış sənədlərə istinadən xəbər verir.

Bütün sənədlərdə “K10” sifarişçi kimi göstərilsə də, bir sənəddə onun İran olduğu xüsusi olaraq qeyd olunur. Sənədlərdə həmçinin sifarişin 2024-cü ilin mart, iyul və dekabr aylarında hissə-hissə ödənildiyi göstərilir.

Sənədlərə görə, sifarişin 2025-2027-ci illər arasında tamamlanması planlaşdırılır. Bəzi təyyarələrin ehtiyat hissələrinin bu ilin əvvəlində alındığı və köhnə sənədlərdə göstərildiyi kimi çatdırılmağa hazır ola biləcəyi ehtimal olunur.

AzPost.az

Chosen
83
1
azpost.info

2Sources