EN

ABŞ hakimiyyəti genişmiqyaslı immiqrasiya KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ Daxili Təhlükəsizlik Departamenti Yeni Orleanda qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı federal əməliyyatın başlandığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, əməliyyatın hədəfində daha əvvəl ev basqını, silahlı soyğun, avtomobil qaçırma və zorlamada şübhəli bilinərək saxlanılan, lakin sonradan sərbəst buraxılan şəxslər var.

Əməliyyatın dəqiq miqyası açıqlanmır. Daha əvvəl bildirilib ki, əməliyyat Milad bayramı istisna olmaqla ilin sonunadək davam edə bilər. Dünən ABŞ prezidenti Donald Tramp kabinet iclasında yaxın həftələrdə şəhərə Milli Qvardiyanın göndəriləcəyini də bəyan edib.

Təxminən 384 min əhalisi olan Yeni Orlean deportasiya kampaniyası çərçivəsində gücləndirilmiş təzyiqə məruz qalan növbəti böyük şəhərə çevrilib.

Yay aylarından etibarən əlavə qüvvələr Los-Anceles, Çikaqo və Vaşinqtona da göndərilib. Bu isə sərt metodlara və saxlanmaların çoxluğuna görə tənqidlərə səbəb olub.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
konkret.az

2Sources