EN

Üç telekommunikasiya şirkəti BİRLƏŞİR

Yazını böyüt
Yazını kiçilt

"AG Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Rahat Telecom" və "SN Telecom" MMC-lərin ona qoşulması nəticəsində yenidən təşkil edilir.

Hafta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, buna görə də "AG Telekom" MMC yenidən təşkil edilir və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.

"AG Telekom" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 040 manat olan MMC-nin qanuni təmsilçisi Nəhmədov İlqar Şamil oğludur.

Chosen
20
6
hafta.az

7Sources