EN

Serbiya ABŞ-dan lisenziya ala bilmədi



Birləşmiş Ştatlar Serbiyanın sanksiyaya məruz qalmış NIS şirkətinə neft tədarükü üçün lisenziya verməyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib

Vuçiç bildirib ki, nəticədə Belqrad Pancevodakı neft emalı zavodunun bağlanması prosesinə başlayacaq.

"Biz ABŞ hökumətindən Pancevodakı neft emalı zavodumuza neft tədarükünü davam etdirmək üçün lisenziya alacağımızı gözləyirdik. Lakin ABŞ-dan müsbət qərar almadıq", -deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Maliyyə Nazirliyi “Qazprom Neft”, onun baş direktoru Aleksandr Dyukov və Serbiyanın NIS şirkətini sanksiyalar siyahısına əlavə edib. Bir neçə ləngimədən sonra məhdudiyyətlər oktyabrın 9-da qüvvəyə minib. Noyabrın 16-da hökumətin fövqəladə iclasında Serbiyanın baş nazirinin müavini və maliyyə naziri Sinisa Mali Vuçiçi artan təzyiq və ölkə iqtisadiyyatına təhdidlər səbəbindən NIS-in milliləşdirilməsini nəzərdən keçirməyə çağırıb.

NIS-in əsas istehsal müəssisələri Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya və Macarıstanda yerləşir. Əsas səhmdarlar “Qazprom Neft” (44,85%), Serbiya (29,87%) və “Qazprom Kapital” tərəfindən idarə olunan Sankt-Peterburqdan “Intelligence” ASC-dir (11,3%).

Cavid
Chosen
63
1
newscenter.az

2Sources