EN

Rusiya ordusu Dneprə kütləvi raket zərbələri endirdi Ölən və yaralananlar var

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın Dnepr şəhərinə Rusiya tərəfindən endirilən raket hücumu nəticəsində yaralananların sayı 45 nəfərə yüksəlib. 

“AzPolitika” bildirir ki, bu barəd Dnepropetrovsk vilayət administrasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Vladislav Qayvanenko məlumat verib. Daha əvvəl hücumda 4 nəfərin həlak olduğu açıqlanmışdı. Şəhərdə matəm günü elan edilib.

Qayvanenkonun sözlərinə görə, Rusiya ordusu gecə saatlarında da vilayətə hücumlarını davam etdirib.

Sinelnikovski rayonunda 77 yaşlı kişi və 79 yaşlı qadın yaralanıb.

Samarovski rayonunda yanğınlar baş verib, infrastruktur obyektləri zədələnib.

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya dronları Odessa vilayətinin cənubunda da mülki və enerji obyektlərini vurub. Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, enerji infrastrukturu zədələnib, bir inzibati bina və bir neçə yaşayış evi dağılıb və ya zərər görüb.

Yanğın söndürülüb, lakin bölgədə elektrik təchizatı ciddi şəkildə pozulub. Kritik infrastrukturlar müvəqqəti generatorlarla işləyir.

Enerji şirkəti DTEK açıqlayıb ki, şirkətə məxsus obyektin vurulması səbəbindən 8000 ailə alternativ sxemlərlə enerjiyə qoşulub, 36 300 istehlakçı isə hələ də işıqsızdır.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, gecə saatlarında Rusiya ölkəyə 62 pilotsuz uçuş aparatı ilə hücum edib, onlardan 39-u hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
65
azpolitika.info

1Sources