EN

Şıxlinskinin yerinə təyin olunan rəhbər də Rusiyada SAXLANILDI

Uralda Azərbaycan diasporunun yeni rəhbəri xüsusi təyinatlılar tərəfindən  saxlanılıb.

Bizim.Media xəbər verir ki, diaspor rəhbəri təyin olunan Vidadi Mustafayev elita fitnes-mərkəzindən çıxarkən saxlanılıb.

Rusiya KİV-lərinin yazdığına görə, o, torpaq satışında dələduzluqda şübhəli bilinir.

Cəmi üç ay əvvəl o, əvvəlki diaspor rəhbəri Şahin Şıxlinski həbs olunduqdan sonra “Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclik və İdman Mərkəzi”nin rəhbəri təyin edilmişdi.

Bizim.Media

Chosen
146
1
bizim.media

2Sources