Rusiya qüvvələri bu səhər Dnepr şəhərinə raketlə hücum edərək itkilərə səbəb olub.
Dnepropetrovsk Xüsusi Əməliyyatlar Komandanlığının rəis vəzifəsini icra edən Vladislav Qayvanenko bu barədə Telegram-da məlumat verib. Qayvanenkonun sözlərinə görə, ölənlərin sayı dörd nəfərə, yaralıların sayı isə 22 nəfərə çatıb. Bir yanacaqdoldurma məntəqəsinə və müəssisələrə ziyan dəyib.
Daha sonra Qayvanenko itkilərin sayının 15-ə çatdığını bildirib. Onlardan üçünün ambulator müalicə aldığı, qalanlarının isə xəstəxanaya yerləşdirildiyi deyilir. Yaralılardan altısının vəziyyəti ağırdır.
Saat 10:10-da Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Taqanroq şəhərindən ballistik raket istifadəsi təhlükəsi barədə məlumat verib və daha sonra Dnepr sakinlərini sığınacaq tapmağa çağırıb.
//Samir Qurbanov, Editor.az