Bakı. Trend:
ATƏT-in Minsk Qrupu Ermənistan–Azərbaycan münaqişəsinin həlliməqsədilə 1992-ci ildə yaradılmış beynəlxalq vasitəçilik mexanizmiolsa da, 30 il ərzində nə münaqişənin dərinləşməsinin qarşısını alabildi, nə də işğalın aradan qaldırılması üçün praktik nəticə ortayaqoydu. Bu səbəbdən həm Azərbaycan ictimaiyyətində, həm ekspertdairələrində, həm də beynəlxalq təhlükəsizlik araşdırmalarındaMinsk Qrupu çox vaxt fəliyyətsiz, yararsız, formal xarakterli qurumkimi qiymətləndirilib.
Minsk Qrupu 1992–2020-ci illər arasında Ermənistanın Azərbaycantorpaqlarını işğal etməsi faktını aradan qaldırmadı, BMTTəhlükəsizlik Şurasının qətnamələrinin icrasına nəzarət etmədi,işğal altındakı ərazilərin boşaldılması üçün heç bir siyasi təzyiqmexanizmi tətbiq etmədi. Bu, qurumun faktiki olaraq münaqişənindondurulmasına xidmət etməsi ilə nəticələndi. Hətta bir çoxanalitiklər hesab edirdilər ki, Minsk Qrupu problemi həll etməkdənçox, onu “idarə etmək” və illərlə uzatmaq missiyasını yerinəyetirirdi.
Minsk qrupunun üç həmsədri olan Rusiya, ABŞ və Fransa regionda özsiyasi maraqlarına malik dövlətlər idi. Bu maraqlar vasitəçilikmissiyasına ciddi təsir göstərirdi. Bu səbəbdən Minsk Qrupu heçvaxt obyektiv və prinsipial vasitəçi kimi çıxış edə bilmədi. MinskQrupunun bütün qərarları yalnız həmsədrlərin konsensusu ilə qəbuledilirdi. Bu mexanizm hər hansı həmsədrin veto hüququ ilə prosesibloklamasına şərait yaradırdı, səmərəli qərar qəbulunu illərlələngidirdi, diplomatik təşəbbüsləri praktiki nəticəsiz edirdi.Beləliklə, qurum çevik və effektiv mexanizm kimi fəaliyyət göstərəbilmirdi.
Minsk Qrupu illər boyunca Ermənistanın atəşkəsi pozmasına, işğalaltındakı ərazilərdə qanunsuz məskunlaşmaya, humanitar vətəhlükəsizlik pozuntularına hər hansı ciddi reaksiya vermədi. Bucəzasızlıq mühiti Ermənistan üçün əlavə fürsətlər yaratdı vəmünaqişənin həlli əvəzinə onun uzanmasına səbəb oldu. Azərbaycanüçün isə bu vəziyyət Minsk Qrupuna olan etimadı tamamiləsarsıtdı.
Qrup illər ərzində müxtəlif sənədlər təqdim etsə də (Paket həll,Mərhələli həll, Madrid prinsipləri və s.) planların heç biriAzərbaycan üçün təminatlı hüquqi mexanizm təklif etmirdi.
ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməsi 2025-ci ildə başversə də, bu prosesin siyasi təməli və istiqaməti illərləAzərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildəformalaşdırılmışdı. İlham Əliyevin həm 2020-ci il müharibəsininnəticələri, həm diplomatik fəaliyyət, həm də beynəlxalq tribunadakıprinsipial mövqeyi Minsk Qrupunun fəaliyyətinin mənasızlaşmasına,ardınca isə tamamilə ləğvinə aparan əsas mühərrik rolunu oynadı. Bumövqelər beynəlxalq siyasi diskursun yönünü dəyişdi və MinskQrupunun legitimliyini sıfıra endirdi.
Prezident İlham Əliyev illərdir Minsk Qrupunun nəticə vermədiyini,tərəfsizlik prinsipini pozduğunu, Ermənistanın işğal siyasətinə gözyummasını, geosiyasi maraqlara xidmət etdiyini, beynəlxalqtədbirlərdə, müsahibələrdə və birbaşa həmsədrlərlə görüşlərdəardıcıl şəkildə qabardırdı.
2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçiliketdiyi və Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Başnaziri Nikol Paşinyan tərəfindən imzalanmış 8 avqust 2025-ci iltarixli Vaşinqton deklarasiyası bu prosesin əsas siyasi bazasınıformalaşdırdı.
ATƏT-in Minsk Qrupunun ləğvi sadəcə texniki və ya təşkilati qərardeyildi. Bu, uzun illər beynəlxalq səviyyədə aparılan diplomatikmübarizənin nəticəsi kimi Prezident İlham Əliyevin liderliyininbirbaşa təzahürü idi.
Qeyd edək ki, ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb vəonunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğvedib.