AZ

Tramp yeni böhranın əsasını qoydu Moskvadan reaksiya

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ və Avropa müasir tarixdə görünməmiş kəskin ideoloji və siyasi böhrana girir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“ABŞ-ın bu yaxınlarda dərc olunmuş Milli Təhlükəsizlik Strategiyasında və ya “Tramp Doktrinası”nda Avropa rəbhərləri tənqid edilib. Belə görünür ki, ABŞ və Avropa münasibətlərində dərin böhrana girir”, – o bildirib.

Xatırladaq ki, dekabrın 5-də Ağ Ev ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını dərc edib. Burada amerikalılar Avropa İttifaqını(Aİ) həddindən artıq tənzimləmə, miqrasiya problemləri və senzurada ittiham ediblər.

Sənədin bəzi müddəaları Avropa rəsmilərini qəzəbləndirib. Məsələn, Almaniya kansleri Fridrix Merz yeni strategiyanın bəzi müddəalarını qəbuledilməz adlandırıb, Aİ-nin xarici işlər və milli təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas isə ABŞ-ın Avropa əvəzinə, Rusiyanı birbaşa tənqid etməsini təklif edib.

Yeni strategiyanın dərcindən sonra avropalı rəsmilər və analitiklər də Avropa və ABŞ arasında 80 illik müttəfiqlikdə dərin çatlar olduğunu bəyan ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
50
globalinfo.az

10Mənbələr