EN

Formula 1: Ferstappen Qətər qran-prisini də qazandı – ARENA.AZ

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 23-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Luseyl şəhərində təşkil olunub.

Qətər qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. “Red Bull”un niderlandlı sürücüsü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 7-ci, karyerası ərzində 70-ci zəfərdir.

Sonrakı yerləri “Maklaren”in pilotu Oskar Piastri ilə “Uilyams”ı təmsil edən Karlos Sayns tutublar.

Beləliklə, geridə qalmış 23 mərhələdən sonra “Maklaren”i təmsil edən Lando Norris 408 xalla vahid liderdir. Maks Ferstappen növbəti qələbədən sonra 396 xalla ikinci pilləyə yüksəlib. “Maklaren”in digər pilotu Oskar Piastri isə 293 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Maklaren” 800 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 459 xalla ikinci, “Red Bull” isə 426 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün sonuncu – 24-cü qran-prisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Əbu-Dabi şəhərində baş tutacaq bu yarış dekabrın 7-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Lando Norris (Maklaren) – 408
  2. Maks Ferstappen (Red Bull) – 396
  3. Oskar Piastri (Maklaren) – 392
  4. Corc Rassell (Mersedes) – 309
  5. Şarl Lekler (Ferrari) – 230
  6. Luis Hamilton (Ferrari) – 152
  7. Kimi Antonelli (Mersedes) – 150
  8. Aleksander Albon (Uilyams) – 73
  9. Karlos Sayns (Uilyams) – 64
  10. İsaak Hacar (Rasinq Bulls) – 51
  11. Niko Hulkenberq (Zauber) – 49
  12. Fernando Alonso (Aston Martin) – 48
  13. Oliver Berman (Haas) – 41
  14. Liam Louson (Red Bull) – 38
  15. Yuki Tsunoda (Rasinq Bulls) – 33
  16. Esteban Okon (Haas) – 32
  17. Lens Stroll (Aston Martin) – 32
  18. Pyer Qasli (Alpin) – 22
  19. Qabriel Bartoleto (Zauber) – 19
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 800
  2. Mersedes – 459
  3. Red Bull – 426
  4. Ferrari – 382
  5. Uilyams – 137
  6. Rasinq Bulls – 92
  7. Aston Martin – 80
  8. Haas – 73
  9. Zauber – 68
  10. Alpin – 22
Chosen
245
8
arena.az

8Sources