EN

İngiltərə Premyer Liqası: "Liverpul"dan inamlı qələbə

İngiltərə Premyer Liqasında "Vest Hem Yunayted" və "Liverpul" arasında keçirilən oyun başa çatıb.

Moderator.az xÉ™bÉ™r verir ki, final fiti mersisaydlıların qÉ™lÉ™bÉ™sini rÉ™smiləşdirib.

Matçda hesab yalnız 60-cı dəqiqədə açılıb. Kodi Qakponun ötürməsini Aleksander İsak dəqiq zərbə ilə tamamlayıb. 84-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan qonaqlar bu dəfə 90+2-ci dəqiqədə Qakponun sərrast zərbəsi ilə fərqi artırıblar - 0:2.

Bu oyundan sonra "Liverpul" turnir cədvəlində 21 xalla yeddinci, "Vest Hem Yunayted" isə 11 xalla 17-ci yerdədir.

 

Chosen
28
3
moderator.az

5Sources