AZ

"Liverpul"dan inamlı qələbə - VİDEO

İngiltərə Premyer Liqasında "Vest Hem Yunayted" və "Liverpul" arasında keçirilən oyun başa çatıb.

Paralel.az xəbər verir ki , final fiti mersisaydlıların qələbəsini rəsmiləşdirib.

Matçda hesab yalnız 60-cı dəqiqədə açılıb. Kodi Qakponun ötürməsini Aleksander İsak dəqiq zərbə ilə tamamlayıb. 84-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan qonaqlar bu dəfə 90+2-ci dəqiqədə Qakponun sərrast zərbəsi ilə fərqi artırıblar - 0:2.

Bu oyundan sonra "Liverpul" turnir cədvəlində 21 xalla yeddinci, "Vest Hem Yunayted" isə 11 xalla 17-ci yerdədir.



Seçilən
92
3
paralel.az

5Mənbələr