EN

"Azərbaycan-türk bədii təfəkkürünün zirvəsi Nizami Gəncəvi" elmi praktik konfransı keçiriləcək



Bu gün Gəncə şəhərində "Azərbaycan-türk bədii təfəkkürünün zirvəsi Nizami Gəncəvi" mövzusunda elmi praktik konfrans keçiriləcək.

Newscenter.az xəbər verir ki, konfrans Gəncədəki Nizami Gəncəvi adına Muzeydə baş tutacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda Nizami Gəncəvi yaradıcılığından danışılacaq, dahi şairin şerləri səsləndiriləcək. Konfransda həmçinin Nizami Gəncəvi yaradıcılığının Azərbaycan-türk bədii təfəkküründə yeri və rolundan söhbət açılacaq.

Süleyman
Chosen
30
1
newscenter.az

2Sources