Roma Papası Lev XIV bu gün Türkiyəyə rəsmi səfər çərçivəsində Ankaraya gəlib.
Musavat.com xəbər verir ki, səfərin ilk dayanacağı ölkənin ən mühüm tarixi məkanlarından biri olan Anıtkabir məqbərəsi olacaq.
Burada pontifik Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram göstərəcək.
Daha sonra Papa Lev XIV Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qəbul olunacaq.
Səfərin proqramı həm dini, həm mədəni, həm də geosiyasi baxımdan böyük maraq doğurur və dünya mediası tərəfindən yaxından izlənilir.
Musavat.com