ABŞ-dan seçilən ilk Roma Papası Lev XIV özünün ilk xarici səfərinə Türkiyəni seçib.
Musavat.com xəbər verir ki, bu bardə "Reuters" yazıb. Səfər Məryəm Ana kilsə tarixinin ən mühüm hadisələrindən biri olan — 1700 il əvvəl Nikiya (indiki İznik) şəhərində keçirilmiş Birinci Ümumdünya Kilsə Şurasının ildönümü ilə bağlıdır. Məhz həmin Şurada bu gün də əksər xristian kilsələrinin təməli sayılan Nikea İnam Kredosunun forması qəbul edilmişdi.
Papa Lev XIV Türkiyədə üç gün davam edəcək sıx proqramlı səfər keçirəcək, daha sonra isə Livana yollanacaq. Onun ilk xarici çıxışları, mədəni və dini baxımdan həssas məkanlara ziyarətləri dünya mediası tərəfindən xüsusilə diqqətlə izlənəcək.
İtalyan Vatikan tədqiqatçısı Massimo Fadjioli səfərin əhəmiyyətini belə izah edir:
“Bu çox vacib səfərdir, çünki Lev XIV-ün geosiyasi baxışları barədə hələlik çox az şey bilirik. Bu səfər onun mövqelərini ilk dəfə açıq şəkildə ifadə etməsi üçün böyük imkandır".
Musavat.com