“Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Ona görə də nəzərlər MKİ-yə dikilir. Böyük ehtimalla bu idarədə Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var və məhz bu qrup telefon danışığının təfərrüatını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub. ABŞ tarixində bu cür hallar yaxın keçmişdə də olub. Prezidentin komandasındakı hansısa məmur şefinin siyasətindən narazı qaldığına görə məxfi məlumatları mətbuata ötürməklə hansısa prosesin qarşısını almağa çalışıb”.