EN

Papa Türkiyəyə gedir

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığıməlumatagörə, Papa Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər qarşılıqlı məsələlərlə yanaşı regional və qlobal mövzuları, o cümlədən Qəzza zolağındakı cari vəziyyəti qiymətləndirəcəklər.

Papanın həmçinin Ankarada Anıtqəbirə, İstanbulda Sultan Əhməd Məscidinə, orada və Bursa şəhərində bir sıra kilsəyə baş çəkəcəyi, Türkiyədə görüşləri başa çatdırdıqda noyabrın 30-da Livana gedəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, XIV Leo Türkiyəyə indiyədək gələn beşinci Papadır. Türkiyəyə ilk Papa 1967-ci ildə, axırıncı dəfə isə 2014-cü ildə gəlib.

Firudin Həmidli
AzVision.az
Chosen
23
2
azvision.az

3Sources