AZ

Papa Türkiyəyə gedib | FOTO | YENİLƏNİB

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, Papanı hava limanında Türkiyənin mədəniyyət və turizm naziri Məmməd Nuri Ərsoy qarşılayıb.

* * *

11:42
Papa XIV Leo ilk xarici səfəri çərçivəsində bu gün Türkiyənin paytaxtı Ankara şəhərinə yollanacaq.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığıməlumatagörə, Papa Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər qarşılıqlı məsələlərlə yanaşı regional və qlobal mövzuları, o cümlədən Qəzza zolağındakı cari vəziyyəti qiymətləndirəcəklər.

Papanın həmçinin Ankarada Anıtqəbirə, İstanbulda Sultan Əhməd Məscidinə, orada və Bursa şəhərində bir sıra kilsəyə baş çəkəcəyi, Türkiyədə görüşləri başa çatdırdıqda noyabrın 30-da Livana gedəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, XIV Leo Türkiyəyə indiyədək gələn beşinci Papadır. Türkiyəyə ilk Papa 1967-ci ildə, axırıncı dəfə isə 2014-cü ildə gəlib.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
2
azvision.az

3Mənbələr