EN

Qvineya-Bisau prezidenti hərbi çevriliş nəticəsində devrilib

Qvineya-Bisau prezidenti hərbi çevriliş nəticəsində devrilib

Qvineya-Bisau prezidenti Umaru Sisoku Embalo ölkədə baş verən dövlət çevrilişini təsdiqləyərək, hərbiçilər tərəfindən devrildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə o, "France 24" telekanalına qısa telefon danışığı zamanı bildirib: "Məni devirdilər. Çox danışa bilmirəm, yoxsa telefonumu alacaqlar. Hazırda qərargahdayam" – deyə prezident söyləyib.

Əvvəlcə prezidentin hərbi katibliyinə rəhbərlik etmiş briqada generalı Denis N'Kanya jurnalistlərə bildirib ki, hərbçilər hakimiyyəti ələ keçirib, bütün dövlət institutlarının fəaliyyəti dayandırılıb, ölkə sərhədləri bağlanıb və 23 noyabrda keçirilmiş prezident və parlament seçkilərinin səs sayı hesablanması dayandırılıb. Seçki komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.

Bəzi məlumatlara görə, hərbiçilər ölkənin sərhədlərini bağlayıb və tam nəzarəti ələ aldıqlarını iddia edirlər. Prezident Umaru Sisoku Embalo çevriliş iştirakçıları tərəfindən həbs olunub.

Chosen
70
afn.az

1Sources