Bakı. Trend:
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Transxəzər BeynəlxalqNəqliyyat Marşrutunun (TBNM) inkişafında vacib amil olacaq və onunsəmərəliliyini artıracaq.
Bunu Trend-ə“Özbəkistan Dəmir Yolları” şirkətinin idarə heyətinin birinci sədrmüavini Hikmətulla Raxmetov bu gün Bakıda keçirilən MDB Dəmir YoluNəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində bildirib.
“Bu dəhlizi bu gün aktiv şəkildə inkişaf etdiririk.Tikintiişləri yüksək templərlə aparılır və layihəni 2030-cu ilə qədər başaçatdırmağı planlaşdırırıq”, - deyə o qeyd edib.
Raxmetovun sözlərinə görə, ilkin mərhələdə proqnozlaşdırılan yükdaşımaları illik 3-4 milyon ton təşkil edəcək və gələcəkdə bugöstərici 15 milyon tona qədər artırılacaq.
“Çin, Özbəkistan və Qırğızıstanın planlaşdırdığıyükdaşımalarının əsas yük həcmi Avropaya yönələcək”, - deyə obildirib.
Xatırladaq ki, 27 dekabr 2024-cü ildə CəlalabaddaÇin–Qırğızıstan–Özbəkistan magistralının tikintisinə başlanılmasımərasimi keçirilib. Bundan əvvəl, 6 iyun 2024-cü ildə Pekində ÇinXalq Respublikasının Hökuməti, Qırğızıstan Respublikası NazirlərKabineti və Özbəkistan Hökuməti arasında layihənin irəlilədilməsiüzrə əməkdaşlıq haqqında saziş imzalanmışdı.