AZ

Çin-Qırğızıstan-Özbəkistan dəmiryolları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəliliyini artıracaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafında vacib amil olacaq və onun səmərəliliyini artıracaq.

Bunu Trend-ə "Özbəkistan Dəmir Yolları" şirkətinin idarə heyətinin birinci sədr müavini Hikmətulla Raxmetov bu gün Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində bildirib.

"Bu dəhlizi bu gün aktiv şəkildə inkişaf etdiririk.Tikinti işləri yüksək templərlə aparılır və layihəni 2030-cu ilə qədər başa çatdırmağı planlaşdırırıq", - deyə o qeyd edib.

 

Raxmetovun sözlərinə görə, ilkin mərhələdə proqnozlaşdırılan yük daşımaları illik 3-4 milyon ton təşkil edəcək və gələcəkdə bu göstərici 15 milyon tona qədər artırılacaq.

"Çin, Özbəkistan və Qırğızıstanın planlaşdırdığı yükdaşımalarının əsas yük həcmi Avropaya yönələcək", - deyə o bildirib.

Xatırladaq ki, 27 dekabr 2024-cü ildə Cəlalabadda Çin-Qırğızıstan-Özbəkistan magistralının tikintisinə başlanılması mərasimi keçirilib. Bundan əvvəl, 6 iyun 2024-cü ildə Pekində Çin Xalq Respublikasının Hökuməti, Qırğızıstan Respublikası Nazirlər Kabineti və Özbəkistan Hökuməti arasında layihənin irəlilədilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanmışdı.

Seçilən
22
1
day.az

2Mənbələr