EN

Həyat yoldaşını itirən qadınların diqqətinə: Bu halda ərinizin pensiyası sizə veriləcək

Bu gün cəmiyyətdə pensiya mövzusu aktuallığını qoruyur. İnsanlar pensiya yaşı, məbləği və digər məsələlərlə bağlı hüquqi yardım və informasiya almağa çalışır.

Bəs, görəsən, qadın vəfat etmiş ərinin pensiyasını hansı hallarda ala bilər?

Mövzunu NOCOMMENT.az-a vəkil Ramil Süleymanov şərh edib:

“Əgər qadının həyat yoldaşı vəfat edibsə və o özü hazırda pensiya almırsa, bu halda mərhum ərindən ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranır. Eyni zamanda onların birgə nikahdan olan və yetkinlik yaşına çatmamış uşaqları da bu hüquqdan istifadə edə bilərlər. Uşaqlar 18 yaşa, əgər ali təhsil alırlarsa 23 yaşa qədər bu pensiyanı almaq hüququna malikdirlər. Uşaqlıqdan əlilliyi müəyyən olunmuş şəxslər isə bu pensiyanı ömürlük almaq hüququ əldə edirlər”.

Hüquqşünasın sözlərinə görə, əgər qadın sonradan pensiya almaq hüququ qazanarsa və bu zaman ona təyin olunan təqaüdün məbləği mərhum həyat yoldaşının pensiyasından az olarsa, o, daha yüksək pensiyanı seçə bilər.

Bu halda qadın öz pensiya hüququndan imtina etməklə, ərinin pensiyasını alacaq.

Chosen
23
nocomment.az

1Sources