EN

MDM investor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyir

Milli Depozit Mərkəzi (MDM) emitentlər üçün elektron kabinet yaradılmasını, elektron çıxarışlar verilməsini, investor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyir.

FED.az xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin üzvü Ramin Nurəhmədov Bakıda keçirilən "Caspian İnvestment Forum"da bildirib.

" Klirinq funksiyalarına gəldikdə isə nəzərinizə çatdırmaq istərdim ki, hazırda tənzimlənən bazarda "Bakı Fond Birjası" QSC-nin təqdim etdiyi bütün ticarət əməliyyatları üzrə klirinq prosedurunu (öhdəliklərin təyin edilməsi) MDM aparır. Mövcud vəziyyətdə qiymətli kağızlar üzrə hesablaşmaları MDM, İnvestisiya şirkətləri üzrə hesablaşmaları bu sahədəki agentlər, onlar arasındakı hesablaşmaları isə Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirir.

Qəbul edilmiş inkişaf strategiyasına uyğun olaraq gələcəkdə kapital bazarında qiymətli kağızlarla aparılmış əməliyyatlar üzrə maliyyə xidmətlərinin göstərilməsi və vahid hesablaşma agenti funksiyalarının həyata keçirilməsi nəzərdə tutulub. Bütün hesablaşmaların mərkəzləşdirilmiş qaydada aparılması planlaşdırılır.

Bu istiqamətdə ilk növbədə beynəlxalq təcrübə təhlil edilib, mərkəzləşdirilmiş klirinq institutların təcrübəsi öyrənilib. Belə ki, əksər ölkələrdə (Türkiyə, Qazaxıstan, Rusiya) vahid mərkəzləşdirilmiş klirinq təşkilatları həm qiymətli kağızlar, eyni zamanda pul hesablaşmalarını icra edir, ticarət limitlərini təyin edir.

AMB-nin dəstəyi və tövsiyəsinə uyğun olaraq Vahid Hesablaşma Modeli kapital bazarının iştirakçıları ilə bir neçə dəfə müzakirə edilib və onların bu istiqamətdə rəyləri və təklifləri alınıb. Belə ki, gələcəkdə Vahid Hesablaşma Modelinin tətbiqi ticarətöncəsi öhdəlikləri mərkəzləşdirilmiş şəkildə təşkil etməyə imkan verəcək, bu da öz növbəsində, əməliyyatların icrasında etibarlılığı və hesablaşma prosesinin səmərləiyini artıracaq. Modelin tətbiq üzrə formalaşdırlacaq maliyyə modulu depozitar sisteminə inteqrasiya ediləcək və MDM üzvlərinə tam APİ vasitəsi ilə qoşulmasına imkan verəcək. Bu əhəmiyyətli dəyişilkilərin edilməsi yalnız zəruri testləşdirmə işlərin tamamlanması maliyyə modulunun depozitar sistemi ilə tam inteqrasiya edilməsindən sonra mümkün olacaq", - deyə o qeyd edib. (Report)

Chosen
9
fed.az

1Sources