EN

Zabrat yolunda avtobus zolağı uzadılıb

Sabunçu rayonunun Şəhər şosesində (Zabrat yolu) xüsusi hərəkət zolağı yaradılır. 

Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, yolun həmin hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu.

Problemin aradan qaldırılması məqsədilə razidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə, 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinə qədər uzadılıb. 

Chosen
8
3
xezerxeber.az

3Sources