EN

Antonio Konte: Çətin rəqibə qarşı oynadıq

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarşımızda çox məsuliyyətli komanda var idi. Çətin rəqibə qarşı oynadıq. Azərbaycan klubu bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib".

Bu sözləri İtaliyanın "Napoli" komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, Çempionlar Liqasında asan rəqibin olmadığını söyləyib: "Qarabağ" "Çelsi" və "Benfika" ilə matçlarda nəyə qadir olduğunu göstərib. Komandamın qol vuracağına inanırdım. Rəqibin qapıçısı Mateuş Koxalski də əla qurtarışlarla yadda qaldı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
6
baku.ws

10Sources