EN

Futbolçularımız Napoli yə qarşı cəsarətli oyun göstərdilər Qurban Qurbanov

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Məğlubiyyətə baxmayaraq, oyunçularımın çıxışından razıyam".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasını oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibin baş məşqçisi Antonio Konteni təbrik edirəm. Futbolçularım keyfiyyətli rəqibə qarşı cəsarətli oyun göstərdilər. Onlardan razıyam. Biz hər oyundan zövq almalı və özümüzə inanmalıyıq. Oyun gözlənildiyi kimi keçdi. Futbolçularıma deyəcək heç bir sözüm yoxdur. Bəzi əvəzetmələr vacib oyunlarda həlledici ola bilər. Kevin Medina sona qədər meydanda qalsaydı bəlkə futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət "Napoli"nin olmalı idi", - deyə Qurbanov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
2
sherg.az

10Sources