EN

Politoloq: Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi körpü kimi unikal mövqedədir

Bakı, 26 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan Cənubi Qafqaz ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və iqtisadi körpü kimi unikal mövqedə durur.

Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında politoloq Samson Katsman səsləndirib. O qeyd edib ki, ABŞ xüsusilə də texnoloji əməkdaşlıqla birgə Azərbaycanın bu mövqeyindən regional sabitliyin və iqtisadi inkişafın gücləndirilməsi üçün istifadə edə bilər.

Politoloq vurğulayıb ki, Ukraynadakı müharibə və İranın təsiri də daxil olmaqla, hazırkı qeyri-sabitlik yaradan amillər hələlik imkanları məhdudlaşdırır, lakin beynəlxalq vəziyyətin yaxşılaşdığı təqdirdə regionun perspektivləri kifayət qədər müsbət ola bilər.

S. Katsman həmçinin Cənubi Qafqazda əməkdaşlığın daha da inkişafına və sabitliyin möhkəmlənməsinə ümid etdiyini bildirib. O vurğulayıb ki, region kommunikasiya xətlərinin açılmasına və beynəlxalq tərəfdaşların fəal dəstəyinə ehtiyac duyur.

Chosen
65
1
azertag.az

2Sources