EN

“BEST OF CITY AWARDS 2025” Bakıda şəhərin ən ilhamverici simalarını bir araya gətirdi

ain.az bildirir, Marja.az portalına istinadən.

22 Noyabr 2025 – ci il tarixdə, Bakıda, öz sahəsində xüsusi uğurları, fərqli yanaşmaları və yaratdıqları trendlərlə seçilən şəxslərə və şirkətlərə “BEST OF CITY AWARDS 2025” mükafatını təqdimatı mərasimi keçirilib.

Marja.az xəbər verir ki, bu nüfuzlu tədbirin məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən istedadlı insanları bir araya gətirmək, onları geniş ictimaiyyətə tanıtmaq və nominantlar arasında əməkdaşlığı daha da gücləndirmək idi.

Qeyd edək ki, mukafatçılar arasında “İli PR Mütəxəssisi” adını alan ABŞ, BƏƏ və Azərbaycanda İctimaiyyətlə Əlaqələr sahəsidə çalışan həmyerlimiz Əli Hacızadə də var.

Aparıcılığı Əməkdar Artist Elnur Kərimov tərəfindən həyata keçirilən gecə möhtəşəm atmosferi və zəngin proqramı ilə yadda qaldı. Tədbirdə bir çox tanınmış simalar iştirak edib. Mükafatçılar sırasında Vüqar İskəndərov, Hacı Nuran, Xəyalə Quliyeva, Rübail Əzimov, və digər nüfuzlu şəxslər yer alıb.

Mukafatçıların seçilməsi prosesi ciddi rəqabət və hərtərəfli qiymətləndirmə şəraitində keçib. Bu seçim prosesi peşəsinin ən yaxşılarını şeçməyə imkan verib.

Qeyd edək ki, layihənin Beynəlxalq direktorları İlmirzə Ağabəyov və  Tural Ələkbərovdur. Onların peşəkar işi sayəsində “BEST OF CITY AWARDS 2025” bu il də geniş rezonans doğurdu.

Tədbir yalnız Azərbaycan ilə məhdudlaşmayıb belə ki, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrdən gələn iştirakçılar və qonaqlar da iştirak edərək tədbirə beynəlxalq rəng qatdılar.

Caspian Events Group bir daha sübut etdi ki, yaratdığı layihələr təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə böyük maraqla qarşılanır. “BEST OF CITY AWARDS 2025” isə paytaxtın ən uğurlu, ən ilhamverici və ən dinamik simalarını bir səhnədə birləşdirən nüfuzlu platforma kimi yaddaşlara həkk olundu.

Müşfiq Səfərəliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
3
marja.az

4Sources