EN

QHT nümayəndəsi: "Forum Azərbaycan vətəndaş cəmiyyəti üçün böyük nailiyyətdir”

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun ilk dəfə Azərbaycanda təşkil olunmasını ölkə vətəndaş cəmiyyəti üçün mühüm uğur kimi qiymətləndirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan QHT-lərinin təşəbbüsü ilə yaradılan beynəlxalq platformalar ölkəmizin regional və qlobal müstəvidə rolunu daha da gücləndirib:

"Forumun əsas məqsədi Türk dövlətlərində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlığı gücləndirmək, ortaq layihələr üçün mühit yaratmaq və ictimai diplomatiyanın imkanlarından istifadə etməklə regional həmrəyliyi artırmaq olan bu təşəbbüs, qeyri-hökumət təşkilatlarının Türk dövlətlərində əhəmiyyətini göstərməklə yanaşı, Türk dünyasının inteqrasiyasında oynadığı mühüm rolu sübut edir. Təsadüfi deyildir ki, Forumun ilk panel müzakirələri də məhz "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" mövzusu üzrə baş tutdu. Bu Platforma çərçivəsində QHT-lərin əməkdaşlığı sayəsində Türk dünyasının inteqrasiyası istiqamətində mühüm işlər ərsəyə gətiriləcəyinə inanırıq".

 

Pərvanə Fərhadqızı

Chosen
7
qht.az

1Sources